MTN-in sabiq idarə rəisi azadlığa buraxılıb


Digərləri 04 May 2019 11:33:00 193 0

MTN-in sabiq idarə rəisi azadlığa buraxılıb

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, mayor Akif Əliyev azadlığa buraxılıb.

Bakı. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, mayor Akif Əliyev azadlığa buraxılıb. Trend-in məlumatına görə, ötən ay Ali Məhkəmənin qərarı ilə A.Əliyevin 5 il azadlıqdan məhrumetmə cəzası 3 il 6 aya endirilib. Bu gün isə onun cəzası başa çatıb və 3 saylı İstintaq Təcridxanasından azadlığa çıxıb. Qeyd edək ki, A.Əliyev 2015-ci ildə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov və keçmiş şöbə rəisi Orxan Osmanovla birgə həbs edilib.