Göyərtəsində 143 nəfər olan təyyarə çaya düşdü


Dünya 04 May 2019 10:34:00 212 0

Göyərtəsində 143 nəfər olan təyyarə çaya düşdü

Enmə-qalxma zolağında təkərləri sürüşən təyyarə çaya düşüb.

Son.az Mirror-a istinadla xəbər verir ki, hadisə ABŞ-ın Florida ştatında baş verib.

Quantanamo aerportundan havalanan Boeing 737 təyyarəsi tormoz mexanizmində baş verən problemlə əlaqədar olaraq Müqəddəs Con çayına düşüb.

Hadisə vaxtı göyərtədə 136 sərnişin və 7 ekipaj üzvü olub. Onlar qısa zamanda xilasetmə briqadasının köməkliyi ilə sudan çıxarılıblar.

Hadisə nəticəsində xəsarət alan olmayıb.


Xəbərə aid fotolar