Qriqori Lepsin daha bir ölkəyə girişinə qadağa qoyuldu


Dünya 04 May 2019 10:24:00 194 0

Qriqori Lepsin daha bir ölkəyə girişinə qadağa qoyuldu

Rusiyalı müğənni Qriqori Leps Litvada arzuolunmaz şəxs siyahısına daxil edilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçinin ölkəyə girişinə qadağa qoyulub. Bu barədə Litvanın daxili işlər naziri Eymutis Misyunas göstəriş verib. Qərara səbəb kimi Lepsin ABŞ-da kriminal hadisədə günahlandırılması göstərilib.

Belə ki, müğənni 2013-cü ildə ABŞ-da "qara siyahı"ya salınıb. Amerika hökuməti Lepsin "Qardaşlıq dairəsi" cinayətkar qruplaşması ilə əlaqəsi olduğunu irəli sürüb. Müğənninin ölkəyə girişinə İsrail və Ukrayna da qadağa qoyub.