Sabah Bakıda bir sıra yollarda hərəkət məhdudlaşdırılacaq (ÖZƏL)


Digərləri 04 May 2019 09:54:00 215 0

Sabah Bakıda bir sıra yollarda hərəkət məhdudlaşdırılacaq (ÖZƏL)

Mayın 5-də Bakıda keçiriləcək "Bakı marafonu-2019" ilə bağlı bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bakı. Samir Əli - Mayın 5-də Bakıda keçiriləcək "Bakı marafonu-2019" ilə bağlı bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Trend-ə özəl açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, marafonun marşrut xətti Dövlət Bayraq Meydanından Dənizkənarı Milli park boyu nəzərdə tutulub: "Marşrut xətti Azadlıq meydanından Neftçilər prospekti ilə hərəkət edərək Yusif Səfərov küçəsindən keçməklə 10-cu zavod dairəsi və tunel vasitəsilə Heydər Əliyev Mərkəzinədək, Heydər Əliyev Mərkəzindən hərəkətin əksi istiqamətində əlavə yolla Bakı Olimpiya stadionu istiqamətində nəzərdə tutulub. Marafon iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi və yarı təhlükəsiz başa çatdırılması məqsədilə Bakı Şəhər Dövlət Yol Polisi bildirir ki, tədbir başa çatana qədər təhlükəsizliyi təmin etmək məqsədilə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək. Bu məqsədlə sürücülərdən xahiş edirik ki, tədbir müddətində alternativ yollardan istifadə etsinlər". Qeyd edək ki, mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” keçiriləcək. Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir. “Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.