Çeyildağ qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib


Digərləri 04 May 2019 09:18:24 209 0

Çeyildağ qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

Ötən gün Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun Çeyildağ qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Bakı. Ötən gün Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun Çeyildağ qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. Trend-in məlumatına görə, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər. Keçirilmiş səyyar qəbulda 100-dən çox qəsəbə sakinləri iştirak edib. Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildiriblər. Qəsəbə sakinlərindən 8 nəfəri fərdi qaydada dinlənilib. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin