Ağstafada iki ədəd “Qrad” raketi tapılıb


Digərləri 04 May 2019 08:53:00 271 0

Ağstafada iki ədəd “Qrad” raketi tapılıb

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağstafa rayonunda əməliyyat keçirib.   Son.az bildirir ki, agentliyə rayonun Poylu qəsəbəsi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.   ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə dərhal həmin əraziyə gəlib, 1 ev və həyətyanı sahəyə baxış keçiriblər.   Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd "Qrad" qurğusu ücün raket (122 mm-lik "9M22U") aşkar olunub.   Raketlər Agentliyin poliqonunda məhv edilib.  Son.az