Estoniyanın Mərkəzi Bankında cəmi bir külçə qızıl qalıb


Dünya 04 May 2019 08:58:00 193 0

Estoniyanın Mərkəzi Bankında cəmi bir külçə qızıl qalıb

Estoniyanın qızıl ehtiyyatı cəmi 256 kiloqram təşkil edir.

Son.az Trend-ə istinadən bildirir ki, ölkənin Mərkəzi bankında cəmi bir külçə qızıl var. Bankına maliyyə bazarları şöbəsinin təhbəri Fabio Filipotsi deyib ki, qızıl ehtiyyatının bu səviyyədə olmasının səbəbi SSRİ-dən çıxdıqdan sonra ölkənin qiymətli metallarının satması olub.

Həmçinin qeyd olunur ki, ölkənin qızıl ehtiyyatı "təhlükəsizlik baxımından" xarici banklarda saxlanılır. Bankda saxlanılan külçənin qiyməti isə təqribən yarım milyon ABŞ dolları təşkil edir: "Onun təmizliyi maliyyə bazarlarında reallaşdırılması üçün kifayət qədər deyil, buna görə də, 11 kiloqramı "muzey eksponatı" adlandırmaq olar".