Partlayan ulduzun şəkilləri 2000 illik nəzəriyyəni təsdiq etdi


Digərləri 04 May 2019 08:59:00 237 0

Partlayan ulduzun şəkilləri 2000 illik nəzəriyyəni təsdiq etdi

Ulduz partlayışından sonra geridə qalan izlər 2000 illik bir nəzəriyyəni təsdiqləmiş oldu.

Son.az chip.az-a istinadən bildirir ki, Miladdan öncə  43-cü ildə astronomlar qəribə bir hadisəni müşahidə etmişlər. Beləki bir ulduzun digərindən daha parlaq olduğu məlum olmuşdu. Bu sirr nəhayət ortaya çıxdı.Tədqiqatın nəticələri VLT (Very Large Telescope) tərəfindən müəyyən olunub. Qədim Çində aparılan bu müşahidələr günəş sistemindən kənarda sezilən ilk hadisə idi.

Göttingen Universitetinin tədqiqat qrupu ulduzun partlamasından sonra bu dairəvi dəliyi araşdırmağa başladı. Beləliklə hadisənin ulduz səthində hidrogen partlayışına şərait yaratdığı məlum oldu. Partlayışdan sonra formalaşan hissələr hələ də müşahidə olunur.

Göttingen Universitetində Astrofizika İnstitutunda çalışan Dr. Fabian "Hissələrin mövqeyi və parlaqlığı miladdan öncə 43-cü ildə qədim Çində müşahidə olaunanlarla uyğunlaşır. Ehtimal ki, bu da eyni ilə ulduz partlayışıdır"-deyə bildirib.