Xbox Game Passa may ayında yüklənəcək yeni oyunların siyahısı


Digərləri 04 May 2019 08:41:00 266 0

Xbox Game Passa may ayında yüklənəcək yeni oyunların siyahısı

"Microsoft"a məxsus abunəli oyun servisi olan "Xbox Game Pass" şəbəkəsinə  may ayı ərzində "Wolfenstein 2", "Lego Batman " və "Tacoma" kimi oyunlar əlavə olunacaq.

Son.az chip.az-a istinadən bildirir ki, "Microsoft" şirkəti may ayında "Xbox Game Pass" istifadəçilərinə kifayət qədər effektli oyunlar təqdim etməyə hazırlaşır. Sözü gedən şəbəkəyə əlavə olunacaq oyunlar  siyahısına "Wolfenstein 2: The New Colossus", "Tacoma", "Lego Batman 3", "King", "Surviving Mars" və digərləri daxildir.

İstifadəçilərin səbrsizliklə gözlədiyi ilk oyun "Wolfenstein 2" may ayının 2-də təqdim olunacaq. Həmin tarixdə "Game Pass"a əlavə olunacaq digər oyun 1 fevral 2019-cu il tarixində "Xbox One" üçün istifadəyə verilən "Wargroove"dur.

Bundan bir həftə sonra 9 Mayda "Tacoma" bazaya əlavə olunacaq. Eyni gündə şəbəkəyə yüklənəcək "MMORPG" oyunu olan "Black Desert" da platforma istifadəçilərini sevindirməyə davam edəcək.