Tramp Putinlə keçiridi "uzun və yaxşı" söhbətdən razı qalıb
Dünya 04 May 2019 08:48:00 262 0
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı keçirib.
Son.az Trend-ə istinadən bildirir ki, Tramp Putinlə keçirdiyi telefon danışığından razı qalıb. Bu barədə o, "Tvitter" sosial şəbəkəsində yazıb.
"Rusiya prezidenti Putinlə çox uzun və yaxşı söhbət apardıq. Hər zaman dediyim ki, - Rusiya, Çin və digərləri ilə dostluq etmək çox yaxşıdır, pis deyil", - deyə Tramp bildirib.
Digər paylaşımında Tramp Rusiya prezidenti ilə keçirdiyi danışığı "məhsuldar" adlandırıb.
Mənbə: milli.az