PlayStation 5 AMD çiplərə malik olacaq


Digərləri 04 May 2019 08:35:00 233 0

PlayStation 5 AMD çiplərə malik olacaq

"PlayStation 5" haqqında ilk dəfə açıqlama verən "Advanced Micro Devices" mikroçip şirkəti "Sony"nin yeni nəsil oyun sisteminin bir hissəsi olmaqdan həyəcanlı və xoşbəxt olduğunu bildirib.

Son.az chip.az-a istinadən bildirir ki, "Sony" "PlayStation 5"i rəsmi olaraq təqdim etməsə də, sistemin rəhbər şəxslərindən olan Mark Cerny artıq Yaponiyanın texnologiya nəhənginin yeni nəsil oyun şəbəkəsi haqqında açıqlamalar verib. Bundan əlavə AMD də artıq bu mövzuda gedən müzakirələdə səssiz qalmayıb.

Mark Cernynin sözlərinə görə "PlayStation 5" AMD tərəfindən istehsal ediləcək çiplərə malik olacaq. AMD-nin baş icraçı direktoru Lisa Su yaxın zamanlarda reallaşdırılan Sony ilə əməkdaşlıqdan bəhs edərkən hazırladıqları çipin "PlayStation 5"ə əlavə güc qatacağını qeyd edib.

"Biz "Sony" şirkətinin yeni nəsil "PlayStation" oyun şəbəkəsinin bir hissəsi olmaqdan qürur duyuruq. Uzun müddətli əməkdaşlıq qurmağı düçünürük. Oyunları sevirik. Sürətli inkişaf etmək üçün bu bu sahənin uyğun olacağını düşünürük"