Yeni növ işıq diodları displeylərin təsvir ölçüsünü 3 dəfə artıracaq


Digərləri 04 May 2019 07:01:00 331 0

Yeni növ işıq diodları displeylərin təsvir ölçüsünü 3 dəfə artıracaq

Dünyanın bir neçə universitetində işləyən alimlərin birgə işi öz rəngini müstəqil dəyişdirə bilən işıq diodları yaratmağa imkan verib. Bu, qeyri-mümkün görünürdü, çünki işıq diodu lampalarının rəngi onda istifadə edilən yarımkeçirici materialdan birbaşa asılıdır, amma yeni tərkib sayəsində işıq diodları onlara verilən elektrik gərginliyindən asılı olaraq rənglərini dəyişdirməyə başlayıblar. Yeni kəşf bundan əvvəl təsəvvür edilməsi mümkün olmayan təsvir ölçülü displeylərin yaradılması üçün əsas ola bilər.

Son.az ICTnews-a istinadən bildirir ki, yeni həll 2 kimyəvi elementdən ibarətdir: avropium və qallium nitrid. Bu kimyəvi elementlər işıq diodunun rəngini asanlıqla dəyişdirməyə imkan verir. Məlumata görə, işıq diodlarının sayını 3-dən 1-ə azaltmaqla istehsalçılar öz qurğularının dəyərini xeyli azalda biləcəklər. Maraqlıdır ki, yeni texnologiyadan istifadə nəticəsində hazırlanmış televizorlarda pikselləri ayırd etmək mümkün olmayacaq.