"Jewish Journal": Ermənilər Dağlıq Qarabağda qısa müddət ərzində yaşadıqlarına dair sübutları məhv edir


Digərləri 04 May 2019 03:22:00 213 0

"Jewish Journal": Ermənilər Dağlıq Qarabağda qısa müddət ərzində yaşadıqlarına dair sübutları məhv edir

Erməni qüvvələri etnik təmizləməyə bəraət qazandırmaq məqsədi ilə vaxtilə çiçəklənən mədəniyyətin bütün sübutlarını məhv edir.

Bakı. Erməni qüvvələri etnik təmizləməyə bəraət qazandırmaq məqsədi ilə vaxtilə çiçəklənən mədəniyyətin bütün sübutlarını məhv edir. Trend-in məlumatına görə, bu barədə "Jewish Journal"da dərc olunan məqalədə deyilir. Məqalədə qeyd olunur ki, 1990-cı illərin əvvəllərindən başlayaraq, Ermənistan qanunsuz hərbi işğalı pisləyən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və Azərbaycanın suverenliyinin beynəlxalq səviyyədə tanınmasına baxmayaraq Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu işğal edib: "800 mindən çox azərbaycanlı mülki şəxs, o cümlədən, mən və bütün ailə üzvlərim, bir çox əsrlər ərzində yaşadığımız evlər və torpaqlardan qovulmuşuq. Mən və qardaşım əsir düşmüşük və erməni düşərgələrində dəhşətli qəddarlıq və işgəncələrə məruz qalmışıq”. Müəlif qeyd edir ki, etnik təmizləmədən sonra işğalçı ermənilər azərbaycanlıların orada yaşamasını təsdiq edən izlərini aradan qaldırmaq cəhdinə əl atıb: “Bu da çox xoşagəlməz addımdır, çünki Dağlıq Qarabağ Azərbaycanın poeziya, musiqi və mədəniyyət beşiyidir. Azərbaycan mədəniyyətinin məhv edilməsini regionda neytral isveçrəli jurnalist Andre Vidmer izləyib”.