Yaşlı insanlarda qoxubilmənin itməsi ölümün yaxınlaşdığını göstərir ALİMLƏR


Digərləri 03 May 2019 23:54:00 277 0

Yaşlı insanlarda qoxubilmənin itməsi ölümün yaxınlaşdığını göstərir  ALİMLƏR

60-70 yaşından sonra yaşlı insanlarda qoxubilmənin getdikcə zəifləməsi və itməsi yaxın 10 ildə ölüm riskinin 50% artmasının göstəricisidir. 

Alimlərin kəşf etdiyi bu fenomenin səbəbləri hələ ki, məlum deyil.

Son.az medicina.az-a istinadən xəbər verir ki, alimlər qoxu ilə ümumi sağlamlığın əlaqəsi çox vacib amil olduğunu bildirib və həkimlər bu məqamı diqqətdən qaçırır. 

Belə ki, müəyyən yaş dövründən sonra insan iybilməni itirirsə, qoxuları ayırd edə bilmirsə, onda Parkinson, insult, Alsgeymer, eləcə də qəfil ölüm baş verə bilər.

Miçiqan Universitetinin əməkdaşı Honqley Çen apardığı eksperimentdə 71-82 yaş arası 2000 insanın tibbi məlumatlarını araşdırıb.

Hər iştirakçı xüsusi qoxu testindən keçirilib ki, burada 12 məşhur qoxular təqdim olunub. Test yaşlıların bu qoxuları nə dərəcədə dəqiq ayırd edib-etməməsini qeyd edib.

Alimlər bu şəxslərin həyatı barədə 13 il informasiya alıb.