Əlillərin təhsil haqlarının ödənilməsinə orta hesabla 4 milyon manat xərclənəcək


Digərləri 03 May 2019 23:37:00 232 0

Əlillərin təhsil haqlarının ödənilməsinə orta hesabla 4 milyon manat xərclənəcək

Hazırda ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, eləcə də orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təqribən 2500 nəfər əlilliyi olan şəxs təhsil alır.

Son.az bildirir ki, bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, həmin tələbələrin illik təhsil haqqı xərclərinin ödənilməsi üçün orta hesabla 4 milyon manat vəsait tələb olunur.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev "I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında" sərəncam imzalayıb.