Alimlər İngiltərə çay krevetlərinin orqanizmlərində kokain və başqa narkotiklər aşkar ediblər


Digərləri 03 May 2019 23:39:00 233 0

Alimlər İngiltərə çay krevetlərinin orqanizmlərində kokain və başqa narkotiklər aşkar ediblər

İngiltərənin şərqində şirinsulu çaylarda yaşayan krevetlərin orqanizmlərində kokain aşkar edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, alimlər Britaniyanın şərqindəki Saffolk qraflığında çay suyunun keyfiyyətini yoxlayarkən həmin sularda narkotik izləri tapıblar.

London Kral Kollecindən və Saffolk Universitetindən olan ekoloqlar komandası qraflığın müxtəlif hissələrində beş çaydan toplanmış şirinsulu fauna nümunələrini tədqiq edib. Bu çayların hərəsində üç müxtəlif yerdən: çayın mənbəyindən, çay yatağının orta hissəsindən və mənsəbə yaxın yerdən nümunələr götürülüb. Bütün nümunələrdə kokain aşkar edilib. Bu halda heyvanların çoxunun orqanizmində digər qadağan olunmuş narkotik preparatlar, o cümlədən ketamin də tapılıb.

Testlərin nəticələri alimləri çox heyrətləndirib. Saffolk Universitetinin professoru Nik Beri deyib: "Suda yaşayan canlıların orqanizmində kokain olması yalnız yerli problemdir, yoxsa Böyük Britaniyadakı başqa sututarlarda, həmçinin bu ölkənin hüdudlarından kənarda da onu tapmaq olar? - Bu məsələni aydınlaşdırmaq lazımdır.

Şirinsulu çaylarda yaşayan "Gammarus pulex" krevetlərinin orqanizmlərinə müxtəlif mikroskopik çirkləndiricilərin düşməsi dərəcəsini öyrənmək məqsədilə aparılmış tədqiqatın nəticələri "Environment International" jurnalında dərc edilib.