Azərbaycan nefti ucuzlaşır


Digərləri 03 May 2019 23:35:05 182 0

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 2-də 73,36 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 2-də 73,36 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,61 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 72,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,63 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,17 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 1,45 dollar/barel azdır.