Yaz aylarında enerjimizi artıran qidalar SİYAHI


Digərləri 03 May 2019 23:20:00 228 0

Yaz aylarında enerjimizi artıran qidalar  SİYAHI

Havaların dəyişkən keçməsi ilə əlaqədar olaraq vücudumuzdakı maddələr mübadiləsi (metabolizm) adaptasiya olmaqda çətinlik çəkir.

Bəs yaz aylarında itirilmiş enerjini qaytarmaq və yorğunluğu aradan qaldırmaq üçün nə etmək lazımdır?

Son.az yenicag.az-a istinadən xəbər verir ki, mütəxəssislər ilk növbədə güclü antioksidant tərkibə malik olan meyvə və tərəvəzlərlə qidalanmağı məsləhət görürlər. Həmin qidalar mineral və vitaminlərlə zəngin olmaqla yanaşı, eyni zamanda orqanizmdəki itirilmiş enerjini bərpa edərək özümüzü gümrah hiss etməyimizə səbəb olur.

Həmin qidalar bunlardır:

1. Ənginar - C vitamini, fosfor, maqnezium, kalium və başqa minerallarla zəngin olan ənginar ən güclü antioksidantdır. Həmçinin, 1 ədəd ənginarın tərkibində 56 faiz kalori vardır.

2. Çiyələk - Daxilində olan və ona qırmızı rəngi verən maddə sayəsində antioksidant tərkibə malikdir. Orqanizmin immunitet sisteminin artmasına kömək edən çiyələk, eyni zamanda yorğunluğu aradan qaldıraraq enerjini bərpa edir.

3. Pərpətöyün - Tərkibində A vitamini, sink, fosfor, mis, manqan və kalsium kimi mineral və vitaminlərlə zəngin olan bu bitkidə eyni zamanda omeqa-3 yağ turşusu da var. Həmçinin 100 qram pərpətöyünün başında 16 faiz kalori var.

4. Ananas - Yorğunluğa səbəb olan şişin atılmasında effektiv təsirə malik meyvədir. C vitamini və tərkibindəki bromelain fermenti sayəsində immunitet sistemini qoruyaraq, orqanizmin müqavimətini artırır.