Qocalmanın qarşısını alan 3 ÜSUL Alimlərdən MÖHTƏŞƏM ARAŞDIRMA


Digərləri 03 May 2019 22:29:00 187 0

Qocalmanın qarşısını alan 3 ÜSUL  Alimlərdən MÖHTƏŞƏM ARAŞDIRMA

Alimlərin apardığı araşdırmalar bir daha sübut edir ki, beynin qocalması bütün orqanizmin qocalma prosesinin başlamasına birbaşa təsir edir: neyronların fəallığının azalması zaman keçdikcə hormonal prosesləri ləngidir, onlar isə öz növbəsində maddələr mübadiləsinə və hüceyrələrin yenilənməsi sürətinə təsir edir. Odur ki, beyin hüceyrələrinin "parçalanması"nı yavaşladan və ya tamamilə dayandıran mexanizm insanlığa əbədi gənclik bəxş edən "müqəddəs kasa" olacaq.

Tədqiqatçılar onun axtarışı üzərində çalışmağa davam etsin, biz isə bu müddətdə beyin qocalmasını sürətləndirən faktorları aradan qaldırmağı və ya minimuma endirməyi təklif edirik.

Son.az beynin qocalmasını sürətləndirən 3 səbəblə tanış edir.

Zərərli vərdişlər

Həddən artıq duz, alkoqol, siqaret və sair zərərli qidalanma vərdişləri həqiqətən də qocalığı yaxınlaşdırır və bu, şişirdilmiş fakt deyil. Bütün bunlar damarlara mənfi təsir edir, bu isə beyində qan dövranını zəiflədir. Amma neyronlara və sinapslara ən güclü zərbəni marixuana vurur.

Con Hopkins Universitetinin amerikalı alimləri və Kaliforniya Universitetinin professorları 9 yaşdan 105 yaşa qədər olan 30 min nəfərin üzərində apardığı tədqiqatın nəticələrini "Journal of Alzheimer" jurnalında dərc edib. Araşdırmanın nəticələrinə əsasən, yaşlanmağın əsas amilləri müəyyən edilib.

Məlum olub ki, mariuxana beyinə demək olar ki, şizofreniya kimi dağıdıcı təsir göstərir. Odur ki, marixuana sağlam beyinin və güclü bir yaddaşın əsas düşmənləri siyahısında ikinci yer tutur.