Yeni xəstəlik tapıldı


Digərləri 03 May 2019 22:20:00 174 0

Yeni xəstəlik tapıldı

Vaşinqton Tibb İntitutunun alimləri əvvəllər tibbə məlum olmayan, yeni autoimmune xəstəliyin aşkar edilməsi barədə məlumat yayıb. Bu xəstəlik əzələ zəifliyi və ağrıları ilə başlayır. 

Son.az medicina.az-a istinadən bildirir ki, yeni xəstəliyin ilk siqnalları hələ 1996-cı ildə tutulub. Belə ki, bir kişi pasiyentin əzələ toxumasının analizində əzələ liflərinin qistosidlər tərəfindən zədələndiyi aşkar edilmişdi. Bu hüceyrələr ziibldaşıyan hüceyrələr olur, patogen mikroorqanizmlər və ölmüş hüceyrələrin qalıqlarını məhv edir. 

Son 22 ildə bu patologiya ilə daha 3 pasiyent aşkarlanıb. Onlar əzələ ağrıları, zəiflikdən şikayətlənirdilər.

Yeni sindrom autoimmune miopatiya adını alıb. Xəstəliyi nəhəng ölçüdə qistiositlər törədir.

Xəstələrə immunmodelizə edən hormonal terapiya tətbiq olunub və uğurla nəticələnib.