Bir zamanların məşhur Vişnevskiy mazı


Digərləri 03 May 2019 21:47:00 315 0

Bir zamanların məşhur Vişnevskiy mazı

Sovet dövrünün o məşhur, kəskin qoxulu Vişnevskiy mazı əvvəllər hər evdə mütləq olurdu.  Elə indi də istehsalı dayanmayan bu unikal maz insanı çox problemlərdən xilas edə bilər.

Son.az medicina.az-a istinadən Vişnevskiy mazının əsas faydalarını sadalayır:

-Üz dərisinin kosmetik təmizlənməsindən sonra vişnevskiy mazı dərinlikdə qalan çirki,iltihabı təmizləyir, dərini tərtəmiz edir -Varikozda istənilən parçanı 4 qatlayıb, mazı ora çəkərək, xəstə nahiyəyə kompress qoyulur. 6 saat saxlanılır. -Yeniyetməlik sızanaqlarında bu mazı üzə çəkmək olar. Göz, ağıza düşməsinə yol verməyin.

-Dəridə furunkul zamanı tənzifə maz çəkib, sarğı edirlər. Vişnevskiy mazı irini çəkmək üçün effektivdir.  -Yanıq, donma, zədə zamanı da həmin yerə bu maz çəkilə bilər. -Yataq xəstəsi olanların dərisində yataq yaralarının işlənməsi üçün yaxşıdır.

-Trofik yaraları da ayaqda bu mazla müalicə etmək olar.  -Vişnevskiy çəkilən yara, toxuma çapıq qoymadan tez yığılır, bərpa olur.