Pendirli piroq


Digərləri 03 May 2019 21:50:00 203 0

Pendirli piroq

Görünüşü və dadından məmnun qalacağınız xüsusi piroqu  uşaqlar üçün də məktəbə hazırlaya bilərsiniz

Son.az medicina.az-a istinadən tez başa gələn, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqun hazırlanma qayadsını təqdim edir.

Ərzaqlar: 

2 stəkan iri-iri ovulmuş duzlu ağ pendir  2 xörək qaşığı doğranmış cəfəri və şüyüd 

Xəmir: 

• 3 stəkan un  • 1 çay qaşığı duz  • 2 çay qaşığı qabartma tozu  • 2 yumurta (sarılardan birini piroqun üstü üçün saxlayın)  • 1 stəkan qatıq  • 3/4 stəkan zeytun yağı Üzəri üçün:  1 ədəd kənara qoyduğumuz yumurta sarısı, çörəkotu 

Hazırlanma qaydası:

İçlik: Ayrıca qabda pendir və göyərtiləri qarışdırın. Pendir duzlu olduğuna görə əlavə duz vurmuruq. Xəmiri üçün: İri qabda 2 stəkan un, duz və qabartma tozunu qarışdırın. Bura yumurta, qatıq və zeytun yağını əlavə edin. Qarışdırıb, qalan unu da qatın. Əlinizlə kobud xəmir alınanadək qarışdırın. Sobanı 180ºC-dək isidin. İri soba listinin üstünə perqament kağızı sərin.