Vəhşi qabanlar XVI əsrə aid xəzinə tapıblar


Digərləri 03 May 2019 21:32:00 240 0

Vəhşi qabanlar XVI əsrə aid xəzinə tapıblar

Vəhşi qabanlar Slovakiyanın Livaka kəndi yaxınlığında XVI əsrin əvvəllərində yerə basdırılmış qızıl xəzinəsi tapıblar.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə məlumatı yayan Ridus nəşrinin yazdığına görə, o vaxtlar Macar krallığının torpaqlarında hakimiyyət uğrunda mübarizə gedib və ola bilsin, tapılmış xəzinəni zadəganlardan biri basdırıb. Tapılmiş kisədə külli miqdarda vəsait olub.

Qabanların torpağı eşib üzə çıxardığı xəzinəni meşədə gəzintiyə çıxan cütlük tapıb. Onlar dərhal Arxeologiya İnstitutuna müraciət edərək mütəxəssisləri hadisə yerinə dəvət ediblər.

"Bu unikal kəşfdir: bizə xəzinəni yerindəcə sənədləşdirməyə imkan verildi. O, vəhşi qabanlar tərəfindən heç bir müdaxiləyə məruz qalmamışdı. İşlədiyim illər ərzində mən bir dəfə də olsun, belə bir xəzinəyə rast gəlməmişəm və bu, sözsüz ki, indiki zamanda ən gözəl tapıntıdır" - deyə tədqiqatın rəhbəri Martin Furman bildirib.

Arxeoloqlar, demək olar ki, həmin ərazidə cəmi iki kvadratmetrlik ərazini tədqiq ediblər və oradan gil küpün qalıqlarını tapıblar. Orada, həmçinin 500-600 il əvvələ aid 1867 gümüş sikkə aşkarlanıb. Alimlərin sözlərinə görə, bu həcmdə sikkələr həmin zamanlarda əhəmiyyətli miqdar idi. Misal üçün, adi işçinin günlük qazancı o vaxtlar, təqribən 6-10 gümüş sikkə olub, qızıl sikkələrin üzünü isə adi adamlar heç vaxt görməyiblər.

Tədqiqatçılar ehtimal edirlər ki, xəzinəni varlı bir tacir, ya da krala yaxın adamlardan biri bura basdırmış ola bilər. Sahibi pulları kisəyə yığaraq küpün içinə qoyub və meşədə basdırıb. Xəzinəninin basdırıldığı quyu elə də dərin deyil. Ekspertlər hesab edirlər ki, xəzinənin sahibi onu tələsik basdırıb.