Yaponiyada vulkan 600 metr hündürlüyə kül və tüstü püskürüb


Dünya 03 May 2019 21:23:00 230 0

Yaponiyada vulkan 600 metr hündürlüyə kül və tüstü püskürüb

Mayın 3-də Yaponiyanın Kyüşü adasında yerləşən Aso vulkanının kraterlərindən biri 600 metr hündürlüyə kül və tüstü püskürüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Bildirilir ki, püskürmə çox hündür hesab edilməsə də, Nakadake-1 kraterinə bir kilometrdən artıq yaxınlaşmaq təhlükəlidir.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.

Xatırladaq ki, dünyanın ən böyük vulkanlarından biri sayılan Aso son dəfə aprelin ortalarında püskürüb.