Qaraciyər xərçəngi xəstələrinə MÜJDƏ


Digərləri 03 May 2019 21:16:00 197 0

Qaraciyər xərçəngi xəstələrinə MÜJDƏ

Qaraciyərin şişləri xəstəliyindən əziyyət çəkənlər üçün yeni müalicə metodu ilə şans yaranıb.

Son.az medicina.az-a istinadən bildirir ki, Rusiyada ilk dəfə qaraciyər xərçənginin 3-cü dərəcəsindən əziyyət çəkən xəstəyə ilk dəfə radiasion embolizasiya tətbiq edilib.

Yeni texnologiya digər metodlarla müqayisədə şişin böyüməsi və yayılmasının qarşını 80% alır və xəstənin ömrünü 4-5 dəfə uzatmağa imkan verir.  Əməliyyatda yerli istehsal olan radionuklid istifadə olunub. 

Radioembolizasiya radioterapiya ilə embolizasiyanı özündə birləşdirən metod olub, orqana qan axınını kəsən və azaltmaq deməkdir.

3-4-cü mərhələdə olan xərçəng xəstələrində artıq radikal əməliyyat mümkün olmadıqda, bu metodla invaziv əməliyyat aparılar bilər.