Millət vəkili: “Yaşadığım binanı əxlaqsızlıq yuvasına çeviriblər”


Digərləri 03 May 2019 20:24:00 251 0

Millət vəkili: “Yaşadığım binanı əxlaqsızlıq yuvasına çeviriblər”

Deputat yaşadığı binanın əxlaqsızlıq yuvasına çevrilməsindən şikayətləndi.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, bunu deputat Tahir Kərimli parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bir müddət öncə qanunvericiliyə edilərək çoxmənzilli binaların müəyyən qisminin hostellərə çevrilməsi istiqamətində dəyişiklik edildi, indi biz bunun acı nəticəsini yaşamaqdayıq: "Hamı sözünü deputata deyir, bəs deputat üzləşdiyi problem kimə deməlidir. Bu gün mənim yaşadığım binada kimlərsə binanın yarısını hostelə çevirməklə, orada  insan alveri, əxlaqsızlıq yuvaları yaradırlar.  Bununla  da olan-qalan abrımızı itiririk. Müraciət etmədiyimiz yer qalmayıb. Nəticəsi yoxdur. Odur ki, binanın sakinləri oradan köçmək məcburiyyətindədir. Buna bir çarə qılınsın və qarşısı alınsın".