Azərbaycanda su bioehtiyatlarının qida təhlükəsizliyi üzərində nəzarəti gücləndirmək planlaşdırılır


Digərləri 03 May 2019 20:27:00 231 0

Azərbaycanda su bioehtiyatlarının qida təhlükəsizliyi üzərində nəzarəti gücləndirmək planlaşdırılır

Azərbaycanda balıq və digər su bioehtiyatlarının qida təhlükəsizliyi üzərində nəzarəti gücləndirmək planlaşdırılır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev 2019-2025-ci illər üçün Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması üzrə Dövlət Proqramının təqdimatı zamanı deyib.

Nazir qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə əməkdaşlıq edəcək.