Türkiyədə miqrantları daşıyan qayıq batdı


Digərləri 03 May 2019 20:09:00 246 0

Türkiyədə miqrantları daşıyan qayıq batdı

Türkiyənin Balıkesir şəhəri yaxınlığında qanunsuz miqrantları daşıyan qayıq batıb.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 9 nəfər ölüb, 5 nəfərin həyatını isə xilas etmək mümkün olub.

4 nəfərin axtarışları davam etdirilir. Miqrantlar Afrikadan Yunanıstana getmək üçün yola çıxıblar.