Nazir: "İndoneziya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr genişlənir"


Digərləri 03 May 2019 19:49:00 215 0

Nazir: "İndoneziya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr genişlənir"

İndoneziya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr müxtəlif sahələrdə daha da genişlənir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İndoneziyanın Kənd Təsərrüfatı və Aqrar Planlama naziri Sofyan Cəlil deyib.

Cakartada Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü tədbirində çıxış edən nazir 2018-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsinin 500 milyon dollardan çox olduğunu deyib:

"Gələcəkdə Azərbaycan və İndoneziya arasında, xüsusilə enerji sektorunda ticarət və investisiya əməkdaşlığını genişləndirmək niyyətindəyik. Müştərək layihələr İndoneziya və Azərbaycan xalqları arasında dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirəcək".