Elza: "At kimi işlədim, it kimi yaşadım"


Şou-biznes 03 May 2019 19:09:00 236 0

Elza: "At kimi işlədim, it kimi yaşadım"

Jurnalist Afaq Vasifqızı əməkdar artist Elza Seyidcahanla müsahibə hazırlayıb.

Son.az Axşam.az-a istinadən müsahibəni təqdim edir:

Bəstəkar Elza Seyidcahanın Heydər Əliyev Sarayındakı möhtəşəm solo konsertindən necə təsirləndimsə, düşüncələrimi yazmaq istədim. Amma və lakin bu gözəl musiqiçinin yaradıcılığında o qədər ziq-zaq var ki, yazıya qərar versəm, suallarım cavabsız qalacaqdı. Yazı yazmağa qərar vermədim. Sual verdim. Suallar verdim. Cavabları sizinlə birgə oxuyaq.

- Tanışlığımız 20-25 il olar. Eyni nəslin adamlarıyıq. Sən musiqi ilə məşğul olmağa başlayanda mən də jurnalistikaya yeni gəlmişdim. Sən ilk başdan maraqlı idin. "Yuğ"da görürdük səni. Bilirdik ki, bu qız nəsə yaradacaq.