Radikal qruplaşma üzvünə hökm oxundu


Digərləri 03 May 2019 17:58:32 203 0

Radikal qruplaşma üzvünə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirləndirilən Əhməd Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirləndirilən Əhməd Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ə.Məhərrəmov 7 il azadlıqdan məhrum edilib. İttihama görə, Ə.Məhərrəmov Azərbaycanda fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmə olan "Meşə qardaşları"nın üzvü olub. Bir müddət istintaqdan yayınan Ə.Məhərrəmov barəsində axtarış elan edilərək bu il saxlanılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin