Nazir: İndoneziya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr genişlənir


Digərləri 03 May 2019 17:22:16 231 0

Nazir: İndoneziya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr genişlənir

İndoneziya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr müxtəlif sahələrdə daha da genişlənir.

Bakı. Ayşəm Rüstəmova - İndoneziya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr müxtəlif sahələrdə daha da genişlənir. Trend-in məlumatına görə, bunu İndoneziyanın Kənd Təsərrüfatı və Aqrar Planlama naziri Sofyan Cəlil deyib. Cakartada Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü tədbirində çıxış edən nazir 2018-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsinin 500 milyon dollardan çox olduğunu deyib: “Gələcəkdə Azərbaycan və İndoneziya arasında, xüsusilə enerji sektorunda ticarət və investisiya əməkdaşlığını genişləndirmək niyyətindəyik. Müştərək layihələr İndoneziya və Azərbaycan xalqları arasında dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirəcək”.