Türkiyədə qadın alveri edən Gülbəniz


Kriminal 03 May 2019 17:09:00 235 0

Türkiyədə qadın alveri edən Gülbəniz

Azərbaycanda qadın alveri etməkdə ittiham olunan Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Gülbəniz Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşədirilib.

Məhkəmənin baxış iclası mayın 15-nə təyin edilib.

İttihama görə, ötən ilin noyabrın əvvəllərində Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Gülbəniz Quliyeva tutularaq istintaq orqanına təhvil verilib.

Məlum olub ki, Gülbəniz Quliyeva Azərbaycan vətəndaşı olan bir qrup qadını Türkiyəyə aparıb. Orada həmin qadınları kişi müştərilərlə görüşdürüb, maddi gəlir əldə edib.

2018-ci ilin əvvəlində Azərbaycana qayıdan zərərçəkmiş qadınlar baş idarəyə şikayət ediblər. Şikayətlər araşdırılıb, Gülbəniz Quliyevanın insan alveri cinayəti törətməsi məlum olub, həmin ilin əvvəlində onun barəsində axtarış elan edilib.

Gülbəniz Quliyeva bu günlərdə keçirilən əməliyyat nəticəsində həbs edilib.