Xaçmazda ərini qətlə yetirən qadına 11 il cəza verildi


Digərləri 03 May 2019 17:05:00 178 0

Xaçmazda ərini qətlə yetirən qadına 11 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüsalə Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüsalə Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Mirzəyeva 11 il azadlıqdan məhrum edilib. İttihama görə, ötən ilin iyul ayında Xaçmaz rayonunun Xudat şəhərində şəhər sakini Mirzəyeva Vüsalə Tahir qızı həyat yoldaşı Osmanov Maarif Tofiq oğlu və onun anası Osmanova Narxanım İsmayıl qızı ilə ailə münaqişəsi zəminində mübahisə edib.