Ağdaşda "07" "Kamaz"a çırpıldı,


Digərləri 03 May 2019 16:57:00 261 0

Ağdaşda "07" "Kamaz"a çırpıldı,

Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 261-ci kilometrliyində, Ağdaş rayonu ərazisində baş verib.

Gecə saatlarında Bakı sakini Nəsibov Vüqar Məhəmməd oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan Samux rayon sakini Zeynalov Heydər Ələddin oğlunun idarə etdiyi "Kamaz" markalı yük maşınına arxadan çırpılıb. Nəticədə V. Nəsibov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.