Hicabsız rinqə çıxan boksçu hədələnir


İdman 03 May 2019 16:51:00 294 0

Hicabsız rinqə çıxan boksçu hədələnir

İranlı boksçu Sədəf Hadəm həbs edilə bilər.

Goal.az xəbər verir ki, Sədəf rinqə hicabsız çıxdığı üçün mühafizəkar qüvvələrin qəzəbinə tuş gəlib.

İran Boks Federasiyasından bildirilib ki, boksçu onlarda qeydiyyatda deyil, yarışa da şəxsi təşəbbüsü ilə qatılıb.

Sədəf beynəlxalq arenada qalib gələn ilk iranlı qadın boksçudur. O, həyatına təhlükə olduğunu nəzərə alaraq, İrana qayıtmayıb, Fransada qalıb.