Kişilərin dəhşətli bəlası


Digərləri 03 May 2019 16:44:00 236 0

Kişilərin dəhşətli bəlası

"Bu ağrılar məni lap təngə gətirib. Tez-tez sidiyə gedirəm. Halım hər gün daha da pisləşir. İştaham tamamilə yox olub. Yuxusuzluqdan əziyyət çəkirəm" kimi şikayət edən az kişi yoxdur. Bunlar prostat vəzinin yaratdığı fəsadlarıdr.

Son.az axşam.az-a istinadən xəbər verir ki, hazırda prostat vəzi şişindən dünyasını dəyişən kişilərin sayı ağciyər xərçəngindən sonra ikinci yerdədir. Prostat vəzi ifrazedici vəzi ünsürlərindən, əzələ liflərindən və birləşdirici toxumadan ibarətdir. O orqanizmdə qoruyucu funksiyanı yerinə yetirib, hormonların miqdarını daim qaydada saxlayır. Prostat vəzinin şişi də bu hormondan asılıdır. O, gedişatına görə, iki hissəyə bölünür: yavaş və bədxassəli. Bəzən şiş yavaş-yavaş inkişaf edir. Bu halda o uzun illər özünü büruzə vermir. Bəzənsə, şiş tez metastaz verir. Belə şişin digər orqanlara yayılma təhlükəsi də yüksəkdir.

Xəstəliyin məkanı: sidik kisəsi, prostat vəzi, çanaq.

Əgər sizdə... Qarın aşağısında ağrılar, sidiyə gedərkən narahatlıq, göynəlti, sidikdə qan varsa, çanaq, bud, onurğa, sinə nahiyəsində ağrılar olursa, sümükləriniz sızıldayırsa, demək siz, prostat vəzi şişindən əziyyət çəkirsiniz. Xəstəlik zamanı qəfil arıqlama, zəiflik, dərinin ağarması kimi hallar da müşahidə edilir. Xəstəliyə düçar olan insanlar daim yorğun olurlar, hərarətləri yerli-yersiz qalxır.  

Səbəb nədir?

Bu xəstəliyin yaranma səbəbləri hələ də tam öyrənilməyib. İlkin mülahizələrə görə şişin yaranma səbəbi hormonal dəyişikliklər, kişi cinsi hormonunun - testosteronun səviyyəsinin yüksəlməsi ilə bağlıdır. Xəstəliyin yaranma səbəbləri arasında yaş həddinin də rolu böyükdür. Bu xəstəliyə daha çox 45 yaşdan sonra olan kişilərdə rast gəlinir. Böyrəklərdə daş olması da prostat vəzi şişinə gətirib çıxarır. Cinsi əlaqədə az və ya həddindən çox olmaq, xroniki, zöhrəvi və uroloji xəstəliklər də prostat vəzi şişinə gətirib çıxaran amillərdəndir. 

Kimlər risk altındadır