Xalq artisti efirdə göz yaşına BOĞULDU: “Anamın son nəfəsində yanında ola bilmədim”


Şou-biznes 03 May 2019 16:24:00 258 0

Xalq artisti efirdə göz yaşına BOĞULDU: “Anamın son nəfəsində yanında ola bilmədim”

ARB TV-nin "Səhər-Səhər" proqramının budəfəki qonağı xalq artisti Məleykə Əsədova olub.

Son.az xəbər verir ki, xalq artisti valideynlərindən danışarkən göz yaşlarını saxlaya bilməyib:

"O vaxt anam xəstə olduğu üçün, bacımgildə qalırdı. Mənim də verilişim var idi, çəkilişdə idim. Çəkiliş zamanı telefonum bağlı olurdu. Anam deyib ki, Məleykəyə zəng vurun, gəlsin, ona sözüm var. Deyiblər çəkilişdədir, gələcək yanına, deyərsən. Deyib zəng vurun, sonra birdən gec olar. Mən çəkilişdə olanda, dünyasını dəyişib. İndiyədək özümü bağışlaya bilmirəm. Bilmədim anam mənə nə demək istəyirdi. Atam da dünyasını dəyişəndə, yanında ola bilmədim".

Son.az 


Xəbərə aid foto