Bu şəxslərə birdəfəlik maddi yardımların ödənişinə başlanılıb


Digərləri 03 May 2019 15:19:00 224 0

Bu şəxslərə birdəfəlik maddi yardımların ödənişinə başlanılıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" 23 aprel 2019-cu il tarixli Sərəncamının icrası olaraq qeyd olunan vətəndaşların birdəfəlik maddi yardımla təmin edilməsi üçün maliyyələşmə işləri artıq həyata keçirilib.

Birdəfəlik maddi yardımların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin vətəndaşların pensiya üzrə plastik kart hesablarına köçürülməsi prosesi aparılır.

Nazirlikdən Son.az-a verilən məlumata görə, artıq respublikamızın şəhər və rayonlarının böyük əskəriyyəti üzrə birdəfəlik maddi yardımların onların bank hesablarına köçürülməsi təmin edilib və gün ərzində bu prosesin tam başa çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, İkinci Dünya müharibəsi iştirakçılarının hər birinə 1000 (min) manat məbləğində birdəfəlik maddi yardım ödənilir.