Dostu ilə evlənən Anar Mədətov:


Şou-biznes 03 May 2019 15:09:00 348 0

Dostu ilə evlənən Anar Mədətov:

22 illik həyat yoldaşı Elnurə Mədətova ilə rəsmi şəkildə boşanmadan, vizajist Samirə Abbasova ilə nişanlanması xəbəri ilə dörd gündür ölkə gündəmini zəbt edən Anar Mədətov "Hər şey daxil"də qonaq olub.

Son.az xəbər verir ki, məşhur prodüser indiki zamanda məşhurlaşmaq üçün internetin əsas vasitə olduğunu bildirib.

Anar məşhurlaşmaq üçün "televiziya dövrü"nün bitdiyini efir vasitəsi ilə qeyd edib:

"İndi internet vasitəsi ilə populyar olan müğənnilər daha çoxdur. Televiziya vasitəsi ilə yox. İnternetdə populyar olurlar, sonra televiziyalar dəvət edirlər. İndi qəbul edək ki, internet güclüdür. İndi nə qədər sosial şəbəkələr var. Amma sırf televiziya ilə populyar olan müğənni yoxdur. Qurtardı o dövr".


Xəbərə aid fotolar