Vilayət Eyvazov: "Azərbaycanda insan orqanlarının qanunsuz transplantasiyası barədə faktlar..."


Digərləri 03 May 2019 14:49:00 215 0

Vilayət Eyvazov: "Azərbaycanda insan orqanlarının qanunsuz transplantasiyası barədə faktlar..."

"2005-ci ildən insan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı 3 fakt qeydə alınıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun illik məlumatının təqdimatı zamanı Daxili İşlər nazirinin birinci müavini Vilayət Eyvazov deyib.

V.Eyvazov qeyd edib ki, bəzi hallarda böyrək və digər orqanlarının satışı ilə bağlı məlumatlar yayılsa da, bu faktlar yoxlanılır, amma təsdiqini tapmır.

Milli Koordinatorun sözlərinə görə, hazırda Azərbaycanda belə hal baş vermir.