Bu sahədə nəzarət gücləndirilməlidir


Digərləri 03 May 2019 14:14:00 170 0

Bu sahədə nəzarət gücləndirilməlidir

"İnsan orqanlarının alveri həm Azərbaycanda, həm də xaricdə yayılmaqdadır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu deputat Elmira Axundova Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun illik məlumatının müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, bu yaxınlarda ölkəmizdə "qara transplantoloqlar" yaxalanıb, cinayət məsuliyyətinə cəlb olunub: "Onlar bir neçə imkanı zəif olan insanı təhrik ediblər ki, öz orqanlarını sataraq qanunsuz əməldə iştirak etsinlər. Bu sahəyə nəzarəti daha da gücləndirmək lazımdır".