Güləşçimiz Dağıstanda bürünc medal qazanıb


Digərləri 03 May 2019 13:43:00 204 0

Güləşçimiz Dağıstanda bürünc medal qazanıb

Dağıstanın Kaspiysk şəhərində sərbəst güləş üzrə Əli Əliyevin xatirə turniri keçirilir.

Bakı. Dağıstanın Kaspiysk şəhərində sərbəst güləş üzrə Əli Əliyevin xatirə turniri keçirilir. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, 50-ci dəfə təşkil olunan memorial mayın 1-də start götürüb. Yarışın 2-ci günündə Nurməhəmməd Hacıyev (97 kq) fəxri kürsüyə qalxıb. Avropa çempionatının bürünc medalçısı üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Aslanbek Alborova qalib gəlib. Qeyd edək ki, ənənəvi turnirə bu gün yekun vurulacaq.