"Poçettino ilə Kloppu İtaliyada çoxdan öldürərdilər" - Mançini


İdman 03 May 2019 13:33:00 218 0

"Poçettino ilə Kloppu İtaliyada çoxdan öldürərdilər" - Mançini

İtaliya millisinin baş məşqçisi Roberto Mançini "Football İtalia"ya açıqlamasında həmyerlilərinin səbrsizliyindən şikayətlənib.

Goal.az xəbər verir ki, italyan və ingilis azarkeşləri müqayisə edən çalışdırıcı həmvətənlərinin uğursuzluğa dözümsüz olduğunu bildirib: "İtaliyada heç kimin səbri yoxdur. Liverpool-a, Tottenham-a baxın. Bu komandalar Premyer Liqada liderlər qrupundadır. Onlar ildən-ilə inkişf edir, ancaq hələ kubok qazanmayıblar. İngilislər bilirlər ki, vaxtı çatanda uğur da gələcək. Baş məşqçilər Klopp və Poçettinonun rahat işləməsinə imkan verirlər. İtaliyada onları çoxdan öldürərdilər".

Xatırladaq ki, Liverpool Çempionlar Liqasının yarımfinalının ilk oyununda Barcelona-ya 0:3, Tottenham isə Ajax-a 0:1 uduzub. Liverpool İngiltərə çempionatında Manchester City-dən 1 xal geri qalır.