Milli Məclisdə şagirdlərin çantalarının ağır olması məsələsi qaldırılıb


Digərləri 03 May 2019 13:37:00 182 0

Milli Məclisdə şagirdlərin çantalarının ağır olması məsələsi qaldırılıb

Milli Məclisdə orta məktəb şagirdlərinin çantalarının ağır olması məsələsi qaldırılıb

Bakı. Elçin Mehdiyev - Milli Məclisdə orta məktəb şagirdlərinin çantalarının ağır olması məsələsi qaldırılıb. Trend-in məlumatına görə, bu məsələ ilə bağlı parlamentin bu gün keçirilən plenar iclasında millət vəkili Aqil Abbas çıxış edib. Deputat deyib ki, çantaların ağır olması səbəbindən uşaqların sümük sistemi sıradan çıxacaq: "Kitablar elə hazırlanmalıdır ki, yüngül olsun. Uşaqları bu qədər yükləmək olmaz. Yeni tədris ilindən bu məsələ həllini tapmalıdır”.