Qanlı hadisə 73 yaşlı qısqanc ər arvadını öldürmək istədi


Kriminal 03 May 2019 13:09:00 239 0

Qanlı hadisə  73 yaşlı qısqanc ər arvadını öldürmək istədi

Biləsuvar rayonunda ər arvadını bıçaqlayıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, Biləsuvar şəhər sakini, 1961-ci il təvəllüdlü Mirzəyeva Təzəgül Hüseynxan qızı bıçaq xəsarətləri alaraq Biləsuvar Mərkəzi rayon Xəstəxanasına gətirilib.

Hadisədən xəbər tutan polis əməkdaşları dərhal araşdırmalara başlayıb. İlkin araşdırma zamanı müəyyən edilib ki, qanlı hadisəni qadının əri 1946-cı il təvəllüdlü Əhmədov Sahib Mustafa oğlu törədib. 

Məlum olub ki, 73 yaşlı Sahib Əhmədov qısqanclıq zəminində, yaşadığı evin həyətində Təzəgül Mirzəyeva ilə mübahisə edib. Mübahisə zamanı ər arvadına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək onu qəsdən öldürməyə cəhd edib.

Hadisəni törədən Sahib Əhmədov saxlanılıb.