Ronaldo karyerasını bitirdikdən sonra nə edəcək?


İdman 03 May 2019 12:35:00 301 0

Ronaldo karyerasını bitirdikdən sonra nə edəcək?

Juventus-un portuqal hücumçusu Kriştiano Ronaldo bildirib ki, oyunçu karyerasını tamamladıqdan sonra məşqçi ola bilər.

Goal.az AS nəşrinə istinadən xəbər verir ki, ulduz futbolçu məşqçi ola biləcəyini istisna etməyib:

"Məşqçi karyerası? Mən belə variantı istisna etmirəm".

34 yaşlı hücumçu 2002-ci ildən peşəkar səviyyədə oynayır. O, ümumilikdə 800 matçda iştirak edib, 600 qol vurub və 213 məhsuldar ötürmə verib. Ronaldo həmçinin "Qızıl top"un beşqat sahibidir. Portuqaliyalı çıxış etdiyi dörd klubun hər birinin heyətində azı bir qənimət qazanıb. Onların ümumi miqdarı 27-dir.