Əli Əhmədov: Əli İnsanovun mətbuata verdiyi müsahibələr onun siması və insani keyfiyyətləri haqqında tam təsəvvür yaradır: yalan, riyakarlıq, xəyanət


Digərləri 03 May 2019 12:33:00 74 0

Əli Əhmədov: Əli İnsanovun mətbuata verdiyi müsahibələr onun siması və insani keyfiyyətləri haqqında tam təsəvvür yaradır: yalan, riyakarlıq, xəyanət

Keçmiş nazir indi separatçı erməni ideoloqu kimi özünü təqdim və təsdiq etməyə çalışır.

Bakı. Azərbaycan Prezidentinin əfvi nəticəsində azadlığa çıxan Əli İnsanovun mətbuata verdiyi müsahibələr onun siması və insani keyfiyyətləri haqqında tam təsəvvür yaradır: yalan, riyakarlıq, xəyanət. Onun ümummilli lider Heydər Əliyev yoluna xəyanəti artıq çoxdan bəllidir. Dünən “Amerikanın səsi” radiosuna verdiyi müsahibəsində isə Əli İnsanovun xəyanəti yeni formada və səviyyədə özünü göstərdi. Keçmiş nazir indi separatçı erməni ideoloqu kimi özünü təqdim və təsdiq etməyə çalışır. Bu isə milli xəyanətdən başqa bir şey deyildir. Erməni separatçılarının ideoloji tezis kimi uydurduğu, guya ermənilərin Azərbaycanda mənəvi-iqtisalarının qeyri-mümkün olması haqqında əsassız şüarın Əli İnsanov tərəfindən dəstəklənməsinə ayrı cür ad vermək mümkün deyil. Görünür, Azərbaycan xalqının dəstəyini qazanmaq xülyasının boşa çıxmasından sonra o, ermənilərin, Qərbdəki erməni lobbisinin dəstəyinə arxalanmaq fikrinə düşüb. Burada qeyri-ixtiyari nazir olarkən İrəvana səfəri zamanı ermənilərlə qol qaldırıb oynaması haqqında vaxtilə ağızıdolusu danışması yada düşür. Deməli, heç nə təsadüfən baş vermir. Hər şeyin bir səbəbi, bir izahı var”. Trend-in məlumatına görə, bunu Baş nazirin mavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov deyib. Ə.Əhmədov özünün rəsmi facebook səhifəsində yayımladığı məqaləsində daha sonra bildirir: “Əli İnsanovun simasının digər xarakterik cəhəti olan riyakarlıq isə ən riyakar insanlarda belə qibtə doğura bilər. On ildən çox nazir kimi çalışdığı hakimiyyəti “diktatura” adlandırması nə məntiqə, nə insanlığa sığır. Nazir olarkən bəlağətlə hakimiyyəti tərifləyən, müxalifət nümayəndələrini isə təhqir edən Əli İnsanov indi tam əksini edir. Soruşmaq lazımdır: Əli İnsanov, sənin hansı simana inanaq? Vaxtilə müxalifəti ən ağır sözlərlə təhqir edərkən gördüyümüz simana, yoxsa indi əvvəllər sədaqətlə qulluq etdiyini dediyin hakimiyyətə böhtan atan sifətinə. Yəqin ən düzgün cavab bu olar ki, heç birinə. Buna isə simasızlıq deyirlər”. YAP-ın Sədr müavini Əli Əhmədov öz paylaşımında daha sonra bildirir: “Əli İnsanov həbsdə olduğu müddətdə Azərbaycan inanılmaz dərəcədə dəyişib, gözəlləşib, müasirləşib. İnsanlar indi daha yaxşı yaşayırlar. Düşünürdüm ki, azadlığa çıxandan sonra bu dəyişiklikləri görən insan özü də dəyişməyə bilməz. Ancaq görünən budur ki, Əli İnsanova inanmaq mümkün deyil. Onun islah olunduğunu da düşünmək sadəlövhlük olardı. Azərbaycan xalqı ölkədəki sabitliyi, təhlükəsizliyi, inkişafı yüksək qiymətləndir. İnsanlar ölkədə qarşıdurma yaradaraq inkişafa, əmin-amanlığa əngəl törətməyə çalışanları lənətləyir və onlara xalq-iqtidar birliyi ilə cavab verir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Bakı Ali Neft Məktəbində Layihə İdarəetmə Məktəbinin məzun günü keçirildi (FOTO) like
  • 03 May 12:32  
Digərləri Bakı Ali Neft Məktəbində Layihə İdarəetmə Məktəbinin məzun günü keçirildi (FOTO)

Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Str

arrow Ətraflı
Gürcüstan sərhədində yaranmış problem aradan qaldırıldı like
  • 03 May 12:29  
Digərləri Gürcüstan sərhədində yaranmış problem aradan qaldırıldı

Gürcüstan sərhədində yaranmış problem aradan qaldırılıb.

arrow Ətraflı
Azərbaycanda qida təhlükəsizliyi sahəsində özəl laboratoriyalar yaradıla bilər like
  • 03 May 12:27  
Digərləri Azərbaycanda qida təhlükəsizliyi sahəsində özəl laboratoriyalar yaradıla bilər

Azərbaycanda qida təhlükəsizliyi sahəsində özəl laboratoriyalar yaradıl

arrow Ətraflı
Bakıda silsilə oğurluqlar edən “Qaqaş”ın dəstəsi ələ keçdi like
  • 03 May 12:24  
Kriminal Bakıda silsilə oğurluqlar edən “Qaqaş”ın dəstəsi ələ keçdi

Binəqədi rayonu ərazisində cari ilin yanvar-mart ayları ərzində bağ evl

arrow Ətraflı
Vilayət Eyvazov: Ötən il 144 insan alveri cinayəti qeydə alınıb like
  • 03 May 12:20  
Digərləri Vilayət Eyvazov: Ötən il 144 insan alveri cinayəti qeydə alınıb

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Alve

arrow Ətraflı
"Azərbaycanla birgə..." like
  • 03 May 12:19  
Siyasət "Azərbaycanla birgə..."

"Azərbaycanla birgə taktiki təlimlərin məqsədi ortaq çalışmaqdır&

arrow Ətraflı
Bakı Ali Neft Məktəbində Layihə İdarəetmə Məktəbinin Məzun Günü keçirildi like
  • 03 May 12:17  
Digərləri Bakı Ali Neft Məktəbində Layihə İdarəetmə Məktəbinin Məzun Günü keçirildi

Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın "TwentyEighty

arrow Ətraflı
Əfqanıstanda polis məntəqəsində PARTLAYIŞ - 2 ölü, 3 yaralı like
  • 03 May 12:15  
Digərləri Əfqanıstanda polis məntəqəsində PARTLAYIŞ - 2 ölü, 3 yaralı

Əfqanıstanın Gilmənd vilayətində güclü partlayış baş verib

arrow Ətraflı
"Bu seçkilərdə..." like
  • 03 May 12:14  
Şou-biznes "Bu seçkilərdə..."

Ekstravaqant stilist Samiraldo deputat olmaq istəyir.

arrow Ətraflı
Azərbaycan Kubokunun 9-cu sahibi müəyyənləşəcək like
  • 03 May 12:13  
İdman Azərbaycan Kubokunun 9-cu sahibi müəyyənləşəcək

“Sumqayıt” Azərbaycan Kuboku tarixinə finala yüksələn 17-c

arrow Ətraflı
Kapital Bank BAFT-ın Qlobal İllik Toplantısında iştirak edib like
  • 03 May 12:11  
Digərləri Kapital Bank BAFT-ın Qlobal İllik Toplantısında iştirak edib

Kapital Bank 28 aprel – 1 may 2019-cu il tarixlərində Amerika Banklar Assosi

arrow Ətraflı
Nazir: "BMT və Azərbaycanın icra etdiyi ortaq layihələrə 5 milyon dollara yaxın vəsait xərclənib" like
  • 03 May 12:09  
Siyasət Nazir: "BMT və Azərbaycanın icra etdiyi ortaq layihələrə 5 milyon dollara yaxın vəsait xərclənib"

2018-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycanın icr

arrow Ətraflı
Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlər başa çatdı (FOTO) like
  • 03 May 12:05  
Digərləri Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlər başa çatdı (FOTO)

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkda

arrow Ətraflı
Nazir: "Azərbaycan yerli məhsulun rəqabətqabiliyyətliliyini artıracaq" like
  • 03 May 12:04  
Digərləri Nazir: "Azərbaycan yerli məhsulun rəqabətqabiliyyətliliyini artıracaq"

"2019-2025-ci illər üçün Azərbaycanda qida təhlükəsizliyinin təmin

arrow Ətraflı
Nazir: BMT və Azərbaycanın icra etdiyi ortaq layihələrə 5 milyon dollara yaxın vəsait xərclənib like
  • 03 May 12:00  
Digərləri Nazir: BMT və Azərbaycanın icra etdiyi ortaq layihələrə 5 milyon dollara yaxın vəsait xərclənib

2018-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycanın icr

arrow Ətraflı