Azərbaycanda qida təhlükəsizliyi sahəsində özəl laboratoriyalar yaradıla bilər


Digərləri 03 May 2019 12:27:00 166 0

Azərbaycanda qida təhlükəsizliyi sahəsində özəl laboratoriyalar yaradıla bilər

Azərbaycanda qida təhlükəsizliyi sahəsində özəl laboratoriyalar yaradıla bilər

Bakı. Sara İsrafilbəyova - Azərbaycanda qida təhlükəsizliyi sahəsində özəl laboratoriyalar yaradıla bilər. Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2019-2025-ci illər üçün Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması üzrə Dövlət Proqramının təqdimatı zamanı deyib. O bildirib ki, agentlik özəl laboratoriyaların yaradılmasında maraqlıdır: “Hazırda bu sahədə iş aparılır və müvafiq qurumlara müraciətlər edilib”.