Kapital Bank BAFT-ın Qlobal İllik Toplantısında iştirak edib


Digərləri 03 May 2019 12:11:21 194 0

Kapital Bank BAFT-ın Qlobal İllik Toplantısında iştirak edib

Kapital Bank 28 aprel – 1 may 2019-cu il tarixlərində Amerika Banklar Assosiasiyasının törəmə qurumu Maliyyə və Ticarət üzrə Banklar Assosiasiyasının (BAFT) Qlobal İllik Toplantısında iştirak edib.

Bakı. Kapital Bank 28 aprel – 1 may 2019-cu il tarixlərində Amerika Banklar Assosiasiyasının törəmə qurumu Maliyyə və Ticarət üzrə Banklar Assosiasiyasının (BAFT) Qlobal İllik Toplantısında iştirak edib. Tədbirə Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq qatılıb. BAFT-ın Qlobal İllik Toplantısın əsas məqsədi transformasiyalar dövründə yeni imkanların müəyyənləşdirilməsi və çətinliklərin öhdəliyindən gəlmə üsulları, maliyyə institutlarını yaxın on ildə nə gözləyəcəyini və müasir rəqəmsal dövründə banklar və onların müştərilərinə nəyin vacib olduğunu müzakirə etməkdir. Tədbir zamanı maliyyə sahəsində müasir texnoloji trendlər və tənzimləyici aspektlər, real vaxt rejimində ödənişlər, blokçeyn, ödəniş sistemlərinin inkişafı mövzuları gündəmdə olub. Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq bildirib: “Müasir dövrdə maliyyə qurumlarının qarşısında dayanan texnoloji yeniliklərin inkişafı, qiymətləndirilməsi və bu yeniliklərin tətbiqi gündəmdə olan ən vacib mövzudur. Bir neçə gün davam edəcək tədbirdə xarici bankların nümayəndələri, digər beynəlxalq ekspertlərlə ümumi müzakirələr və kiçik qruplarla görüşlərimiz oldu. Rəqəmsal bankçılığa keçid dönəmində bu cür görüşlərdə iştirak, gələcək fəaliyyətimizə öz töhfəsini verəcək”. Qeyd edək ki, tədbir zamanı Vüqar Sadiq BAFT-ın inkişafına əvəzsiz töhfələr verdiyinə və Azərbaycanda və regionda bank sahəsində peşəkar biliklərin təbliği istiqamətində mühüm işlər gördüyünə görə xüsusi mükafatla təltif olunub.